Kriminal

Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı

26 May 2017 14:54
0 Şərh     Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada toy kortejində atəş açan şəxs saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hadisənin ötən gün şəhərin cənubunda yerləşən "Tsaritsino" parkında baş verdiyi bildirilir.

Bu barədə polisə şəhər sakinlərindən biri məlumat verib. O, bildirib ki, toy kortejində olan şəxs "Volvo" avtomobilindən çıxaraq pistoletdən havaya bir neçə atəş açıb. Həmin şəxs saxlanılıb. Onun 36 yaşlı Azərbayan vətəndaşı olduğu məlum olub. Şəxsin kimliyi açıqlanmır. Onun travmatik "Vendetta" pistoletindən istifadə etdiyi aydınlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.