Kriminal

"Xalamoğlunu döydülər, mən də ikisini bıçaqladım" - Sumqayıtda kütləvi dava - VİDEO - FOTO

25 May 2017 11:51
0 Şərh     Baxış: 2 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin "Beton zavodu" adlanan ərazisində qeydə alınıb.

Xalası oğlunun evinə qonaq gedən Kənan Adıyevlə qonşuluqda yaşayan Qurban Zülfüqarov arasında mübahisə yaranıb. Bu vaxt Adıyevin xalası oğlu söhbətə qoşulub və aranı sakitləşdirməyə cəhd göstərib. Toydan gələn Qurban Zülfüqarov bir neçə dəqiqədən sonra yenidən onların yaşadığı evə gedib. Bu dəfə tək yox. Səsə qonşular çıxıb. Bunu görən şəxslər hadisə yerindən uzaqlaşıblar. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Nurəddin Əliyev - Saxlanılan şəxs: "Girdik içəri, sonra yenidən gəlib qapını döydü. Xalamoğlu çıxdı, atam çıxdı. Xalamoğlunu döydülər. Mən də bıçaqla çıxıb, birini böyründən, birini də yumşaq yerindən bıçaqladım".

Saxlanılan Nurəddin Əliyev iki nəfəri bıçaqladığını etiraf edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.