Kriminal

Bakıda avtobusda cibgir döyüldü - VİDEO

24 May 2017 22:17
3 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərnişinlə dolu olan avtobusda cibgir tutulub. Cibgirlik etməkdə şübhəli bilinən şəxsi, zərərçəkmiş sərnişin özü tutub.

Milli.Az bildirir ki, hadisə günorta saatlarında 107 saylı avtobusda olub. Bütün olanları isə sərnişilərdən biri mobil telefonla çəkib. Paytaxtın ''Koroğlu'' metrostansiyasından Buzovna qəsəbəsinə doğru hərəkət edən avtobusda ayaqüstə duran sərnişinlərdən biri, pulunun cibindən çəkildiyini hiss edib. Dərhal yaşlı kişi pulunu oğurlandığını ətrafdakılara deyib. Bu zaman o, yanında olan şəxsin pulu yerə atdığını görüb. Yaşlı kişi bundan sonra cibgiri döyməyə başlayıb.

Yaşlı zərərçəkmiş sərnişin pulunu almasına baxmayaraq əsəbi olduğu üçün cibgirlikdə şübhəli bilinən şəxsi sillələməkdən əl çəkmir. Avtobusda olan digər sərnişinlər belə ona mane ola bilmir. Bir müddət sonra sərnişinlər həmin şəxsi yaşlı kişinin əlindən alırlar.
Zərərçəkmiş şəxs hadisədən sonra polisə məlumat verib. Avtobus son dayanacağa çatanda polis əməkdaşları həmin şəxsi saxlayaraq şübhəli kimi bölməyə aparıblar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobusda cibgirliklə məşğul olan şəxs iş başında saxlanıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.