Kriminal

Aslanlı Kiprə qaçarkən yaxalandı - FOTO

24 May 2017 18:24
0 Şərh     Baxış: 2 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 7 tələbəni Böyük Britaniya universitetlərində oxutmaq adı altında aldadan və minlərlə dollarını ələ keçirən Azərbaycan vətəndaşı Ramiz Aslanlı Şimali Kiprə qaçarkən sərhəddə yaxalanıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs Girnə Amerikan Universitetində işləyirmiş.

Məlumata görə Aslanlı cəmi 7 tələbəni aldadıb, onlardan 8 min 430 funt-sterlinq, 2500 ABŞ dolları, 1900 avro alıb. Həmin pulları Britaniya universitetlərinə köçürmək adı altında özünün xarici bank hesabına köçürüb, daha sonra Türkiyədən qaçmağa cəhd edib. Aslanlı Şimali Kiprə daxil olarkən saxlanılı.

Girne Polis Müdirliyinin məmuru Hüseyin Soyel bildirib ki, saxlanılan Ramiz Aslanlı etibardan sui-istifadə etmə və dələduzluqda ittiham edilir. Onun sözlərinə görə, Aslanlı 13 iyul-10 oktyabr tarixləri arasında 7 tələbəni London Universitetində oxutmaq adı altında aldadıb, onların pullarını həmin universitetə təhsil haqqı kimi köçürmək əvəzinə özünün "Barcleys Bank"dakı hesabına köçürüb.

Soyel istintaqın davam etdiyini, şübhəlinin həmin bank hesabını açıqlamaqdan yayındığını, ziddiyətli ifadələr verdiyini deyib. Aslanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.