Kriminal

Azərbaycanlı qadınları Türkiyədə satan MƏHKƏMƏ QARŞISINDA

24 May 2017 12:55
1 Şərh     Baxış: 1 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, ibtidai istintaq zamanı Səkinə Zamanovanın barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Prokuror təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib.
 
Məhkəmə baxışı mayın 31-ə təyin edilib. Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanova saxlanılıb və onun barəsində cinayət işi başlanıb. O, ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək, pul qazanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.