Kriminal

Naxçıvanla sərhəddə əsgər Xaçatryanı necə öldürüblər?

23 May 2017 18:29
2 Şərh     Baxış: 5 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə Ermənistan ordusunun Naxçıvanla sərhəddəki postlarından birində öldürülən əsgər Qrişa Xaçatryanın işi Avropa Məhkəməsinə göndərilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, əsgərin valideyinləri onun ölümü ilə bağlı cinayət işinin qaldırılmasını, günahkarların tapılıb cəzalandırılmasını tələb edir. Hansı ki, Ermənistan hüquq-mühafizə orqanları əsgərin ölümü ilə bağlı "cinayət tərkibi olmadığından" cinayət işinə xitam verib.

Rəsmi versiyaya görə insidentin baş verdiyi gün, iyulun 14-də, saat 10.00-da Qrişa Xaçatryan digər sıravi Martun Arutyunyanla birlikdə döyüş mövqeyində növbə çəkirmiş. 35 dəqiqə sonra istintaq orqanına Xaçatryanın başından aldığı güllə yarasından öldüyü haqda məlumat daxil olub. 19 yaşlı Xaçatryanın ölümü ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan bildirib ki, ilkin məlumata görə əsgər Azərbaycan tərəfinin açdığı atəşdən ölüb. Daha sonra MN əsgərin döyüş mövqeyində növbə çəkərkən öldüyünü bildiriblər. O vaxtkı müdafiə naziri Seyran Ohanyan isə jurnalistlərə əsgərin "silahla davranış qaydalarını pozma" səbəbindən öldüyünü deyib.

Lakin cəsədin yarılmasında iştirak edən hərbi ekspert Ruben Martirosyan bildirib ki, baş vermiş hadisə adi qətldir. Onun sözlərinə görə, əsgərin sinəsində, ayaqlarında, dizində, başında küt alətlə endirilən zərbələrdən qançırlar yaranmışdı. Bütün bunlar Qrişanın öldürüldüyünü göstərir.

Faktla bağlı cinayət işi qaldırılsa da 2015-ci ilin iyun ayında bağlanıb. Hüquq-mühafizə orqanları əsgərin ölümündə cinayət tərkibi olmadığı qənaətinə gəliblər. Əsgərin ailəsinin şikayətləri isə rədd edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.