Kriminal

Azərbaycanlı İŞİD-çinin Ankaraya gətirdiyi terrorçulardan çertyoj tapıldı - VİDEO - FOTO

22 May 2017 14:45
4 Şərh     Baxış: 2 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankara valisi Ercan Topaca Etimesgut mahalında zərəsizləşdirilən 2 İŞİD terrorçusunun şəxsiyyətlərinin hələ təsbit edilmədiyini bildirib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, öldürülən terrorçuların üzərlərindən çıxan ilkin əlyazma çertyojlarından haranı hədəf aldığı məlum olub. Həmin çertyojlarda AK Partiya konqresi və Dikmendə bir qeyri-hökumət təşkilatının hədəf alındığı açıqlanıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfər təslim olmayınca məhv ediliblər.

Ankara valisi Ercan Topaca terrorçuları gətirən şəxsin Azərbaycan əsilli olduğunu, öldürülən və iki terrorçunun da əcnəbi olduğunun ehtimal edildiyini söyləyib: "Ancaq bu, hazırda dəqiqləşdirilir. Bir neçə saat ərzində 25-30 yaşlı bu iki terrorçunun şəxsiyyəti dəqiqləşdiriləcək". 

Təhməz Təkin
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Terrorçuların cibindən çertyoj çıxdı

Terrorçuların cibindən çertyoj çıxdı -1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.