Kriminal

"Qoşa Təpə"də ƏMƏLİYYAT: heroin tapıldı

11 May 2017 16:56
0 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
 
Vətəndaşın üzərində şəxsi yoxlama zamanı, onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.