Kriminal

İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik ələ keçirildi

27 Aprel 2017 12:03
0 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 kq 20 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Bu barədə Milli.Az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir.

Bildirilir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur.

Məlumata əsasən, külli miqdarda narkotik vasitənin İran vətəndaşları tərəfindən qaçaqmalçılıq yolu ilə öğlkəmizə gətirilməsi və Azərbaycanda realizə edilməsi öz təsdiqini tapıb.

Külli miqdarda narkotik vasitəni Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən biri əməliyyat yolu ilə müəyyən edilib. Eyni zamanda, həmin şəxsin külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisindəki ortaqları olan Azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması da müəyyənləşdirilib.

Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərən, eyni zamanda, gətirdiyi narkotik vasitələri ölkə ərazisində realizə edən şəxsin azərbaycanlı ortaqlarından narkotik vasitələrin nəzarət qaydasında alınması imkanları öyrənilərək müvafiq əməliyyat qrupu yaradılıb və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.

Biləsuvar rayonunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Rüstəmov Ayaz Murtuz oğluAğabalayev Orduxan Əlyağa oğlu saxlanılıb və onlardan satmaq istədikləri 18 ədəd bağlamada, ümumi xalis çəkisi 18 kq 20 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.