Kriminal

Gürcüstanda cinayət törədib Azərbaycana qaçan silahlı ƏLƏ KEÇDİ

26 Aprel 2017 16:00
0 Şərh     Baxış: 2 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-dan Milli.Az-a verilən məlumata görə, aprelin 14-də dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb. Q.A.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.