Kriminal

Azərbaycanlı biznesmen Tiflisdə tutuldu - YENİLƏNİB - FOTO

21 Aprel 2017 15:17
0 Şərh     Baxış: 2 713

15:17

Gürcüstanın mərkəzi kriminal polisi Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İnterpol-un Tiflis bürosu ilə birlikdə keçirdikləri əməliyyat zamanı beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı yaxalanıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Gürcüstan DİN məlumat yayıb. Məlumatda 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Qalib İbrahimovun Tiflisdə saxlanıldığı, onun 2015-ci ilin noyabrında İnterpolun Azərbaycan bürosu tərəfindən qırımızı bülletenlə axtarışa verildiyi bildirilir.
 
Gürcüstan DİN-in məlumatına görə o, Azərbaycanın Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə ittiham olunur. Bu maddə iri məbləğdə vergidən yayınmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Hazırda saxlanılan şəxsin barəsində ekstradisiyaya qədər proseduralar həyata keçirilir.
 
Qalib İbrahimov "Azkomp" MMC şirkətinin rəhbəridir. O, 2015-ci ilin noyabrında iri məbləğdə vergidən yayınmaq ittihamı ilə İnterpol-un xətti ilə beynəlxalq axtarışa verilib. Qalib İbrahimovun beynəlxalq axtarışa verildiyi barədə xəbərlər həmin dövrdə KİV-lərdə yayılıb.
 
"Azkomp" MMC-nin və Qalib İbrahimovun fəaliyyəti barədə geniş məlumat yoxdur. Bununla belə tender.gov.az saytında göstərilir ki, həmin şirkət 2012-ci ildə iki nazirliyin kompüter və şəbəkə avadanlıqlarının alınmasına dair keçirdikləri üç tenderin qalibi olub. Bunlar məbləğinə görə elə də böyük olmayan tenderlərdir, ümumi məbləği bir neçə on min manatdan çox deyil. Həmin tarixdən sonra "Azkomp" MMC-nin dövlət strukturlarının və müəssisələrinin keçirdikləri tenderlərdə iştirakına dair məlumata rast gəlinmir.

----------

14:08

Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, saxlanılan şəxs İnterpolun Bakı şöbəsi tərəfindən axtarışa verilib.
Q.İ. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə cinayət törətməkdə, başqa sözlə, külli miqdarda vergidən yayınma ilə ittiham edilir.

Nazirliyin məlumatına görə, hazırda saxlanılan şəxs barəsində ekstradisiyaya qədər qanunun tələb etdiyi proseslər həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.