Kriminal

"Satıb pulunu öz aramızda böldük" - Kef üçün oğurluq edən şəxs saxlanıldı - VİDEO - FOTO

21 Aprel 2017 11:40
0 Şərh     Baxış: 1 330

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini, 27 yaşlı Ovçu Hüseynov saxlanılıb.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, həmin şəxs rayonun müxtəlif kəndlərində mal-qara oğurluğunda şübhəli bilinir.

Əməllərini etiraf edən Ovçu Hüseynov oğurluq mal-qaranın pulunu kef məclislərinə xərclədiyini də deyib.

Ovçu Hüseynov - Saxlanılan şəxs: "Keçilidən Seyfəlidən, Çaparlıdan və Cəfər Cabbarlı kəndlərindən mal-qara oğurladıq. Həmin heyvanları Tovuz və Bərdə bazarlarında satıb pulunu öz aramızda böldük".

Xatırladaq ki, Ovçu Hüseynovun ovçu yoldaşları 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov və 20 yaşlı Ruslan İsmayılov bir neçə gün əvvəl saxlanılıb.

İlkin araşdırmalar zamanı dəstə üzvlərinin müxtəlif yaşayış məntəqələrindən ayrı-ayrı şəxslərə məxsus 2 iri buynuzlu və 24 xırdabuynuzlu davarı oğurlaması müəyyən edilib.

Hazırda dəstənin digər cinayətlərdə iştirakı araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Satıb pulunu öz aramızda böldük" - Kef üçün oğurluq edən şəxs saxlanıldı

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.