Kriminal

Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var - TƏFƏRRÜAT - YENİLƏNİB

20 Aprel 2017 17:43
6 Şərh     Baxış: 4 589

17:43

Rusiyanın Voronej şəhərində bir azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.
 
Milli.Az bildirir ki, "Vstreça" kafesinin inzibatçısı Ramin Mehdiyevin APA-ya verdiyi məlumat görə, hadisə aprelin 20-də səhər saat 4-də kafeyə yaxın yerdə baş verib.
 
"Axşam kafedə banket olub, 10-15 nəfər iştirak edib. Kafe bağlanandan bir saat sonra kafeyə yaxın ərazidə, yolun kənarındakı dayanacaqda mübahisə düşüb. Daha sonra mübahisə bıçaqlaşma ilə nəticələnib. Xəsarət alanlar xəstəxanaya aparılıb. Onlardan biri - Ağcabədi sakini xəstəxanada ölüb".
 
R. Mehdiyev onu da əlavə edib ki, kafe adi qaydada fəaliyyətini davam etdirir.

-----------

16:38

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.
 
Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.
 
Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.
 
Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Aze_Boy · 20 Aprel 16:4210

    niye qiririq axi bir birimize baska olkelerde.Qiraqdanda ermeni baxib gulur

    Cavab yaz
  • Anonim
    rr · 20 Aprel 16:5430

    Bunlar əsl azəridirlər

    Cavab yaz
  • Anonim
    Aydlndl · 20 Aprel 17:0910

    Bax birlik bele olur.1 yewik keleme gore qirun birbirinizi

    Cavab yaz
  • Anonim
    QQ · 20 Aprel 17:2430

    Milletin adini batirirlar da .Indi ermeni saytlari ,qezetleri ,televiziyalati bar bar bagirirlar ki Azerbaycanlilar bir biruni Rusiyada qirirlar .Ne bedbextcilikdirse bizimkilerin sozleri bir birinin bogazindan kecmir Diaspora hara baxir goresen ?

    Cavab yaz
    • Anonim
      Aydlndl · 20 Aprel 17:4731

      Diaspora ancaq kafelere baxlr.Bawqa hech ne

      Cavab yaz
  • Anonim
    :) · 20 Aprel 21:0210

    Burda kucede ses kuy esidende donub baxirsan bizim millet cixir,hele ses kuylu sehere qeder rahatlig tapmiyan kafe sahibleri var ki azerbaycanlidi,adam xecalet cekir yerlerine pul qazanmagcin gece de yatmirlar,sakinlere de eziyyet edirler.hele burda dayioglu bibioglusun vurdu oldurdu 200$ gore.yerli camaatin dilinnen dusmuruy.bele ad yukseldirler burda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.