Kriminal

"Nənəm xəstə olduğu üçün məcbur idim" - Nabranda oğurluq edən şəxslər saxlanılıblar - VİDEO - FOTO

19 Aprel 2017 14:15
2 Şərh     Baxış: 1 475

Xaçmazda oğurluq edən şəxslər saxlanılıblar.

Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakinləri, 24 yaşlı Xanməhəmmədov Taleh Ömər oğlu və 18 yaşlı Quliyev Aqşin Azər oğlu saxlanılıb.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onların Xaçmaz rayonu, Nabran kəndində Kamilov Eynulla Camal oğluna məxsus evdən 100 manat dəyərində bir ədəd ütü, iki ədəd çaxır və bir ədəd şampan içkisini oğurladığı aşkar edilib.

Taleh Xanməhəmmədov - saxlanılan şəxs: "Nabrandan oğurluq etdik. Nənəm xəstə olduğu üçün, müalicəsi üçün məcbur idim".

Bundan başqa bu iki şəxsin qabaqcadan əlbir olaraq Nabranda Cəfərov Orxan Tahir oğluna məxsus evdən hər biri 70 manat olmaqla 6 ədəd elektrik qızdırıcısını və 50 manat qiyməti olan peyk antennasına aid bir ədəd aparatı oğurlayıb. Vətəndaşa ümumilikdə 470 manat dəyərində ziyan vurulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Nənəm xəstə olduğu üçün məcbur idim" - Nabranda oğurluq edən şəxslər saxlanılıb

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Umrao · 19 Aprel 15:3010

    Kasibin ogrusu bu cur olur,qanunla cezalanir,varlinin ogrusu bashqa yolla ogurluq edir,cezasiz qalir.Ev sahibine ziyan vermeden ogurluq eden,esas da deyeri az kicik eshyalar ogurlayanlara cox yazigim gelir.Hamisi ehtiyacdan.Gorun ne qeder pis veziyyetdediler ki utu,caxir ogurlayirlar.Ogrulugu mudafie etmirem qetiyyen.Sadece uzuldum bu yola vadar olan insanlar oldugu ucun .

    Cavab yaz
  • Anonim
    boyyy · 20 Aprel 02:0200

    Buna baxda . Nanasi xastadi . Ada san xastasaneee .Sani muakica eliyacaklar darixma ..Baban da yadia dusacak onda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.