Kriminal

Oğru qohumlar tutuldu: "Peyindən bilirdik mal damıdır" - VİDEO - FOTO

18 Aprel 2017 16:21
0 Şərh     Baxış: 1 283

Mal-qara oğruları tutulub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, həmyerlilərinin mal-qarasına qənim kəsilənlər ilk əməlini ötən ilin dekabrında yaşadıqları Mahmudlu kəndində Nüsrət Hüseynova qarşı törədiblər. Şəmkir polisi tərəfindən saxlanılanlar rayonun Mahmudlu kənd sakinləri 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov, 27 yaşlı Oyçu Hüseynov və 20 yaşlı Ruslan İsmayılovdur.

Gecə saatlarında fermaya girənlər oradan 8 baş qoyun oğurlayıblar. Oğurluq malın pulu dördlüyün "ağzına şirə salıb" və Seyfəli, Çaparlı və Dəllər-Cırdaxan kəndlərində də iri və xırda buynuzlu heyvanları da özününküləşdiriblər. Oğurluq mal-qaranı Hacıağa Abbasova məxsus "VAZ 2106" markalı avtomobillə Bərdə və Tovuz rayon bazarlarında tanımadıqları şəxslərə satıblar.

Ruslan İsmayılov - saxlanılan şəxs: "Tovuzun bazarında satdıq. Hərəmizə 110 manat pul düşdü. Hacının maşını olduğu üçün 200 manat verdik".

Dəstə üzvlərinin sonuncu cinayət əmələni isə Keçili kəndində Allahverdi Məmmədova qarşı törədiblər. Oğurladıqları 5 baş xırda davarı Tovuz bazarında satışa çıxaranların alıcısı polislər olub.

Hələlik dəstənin 6 təsərrüfatdan 24 baş heyvan oğurladığı müəyyən edilib. Saxlanılan şəxslər müstəntiq Yunis Quliyevlə söhbət zamanı silsilə oğurluq törətdiklərini gizlətməyiblər.

Məmməd Məmmədov - saxlanılan şəxs: "Peyindən bilirdik mal damıdır. Beləcə oğurlayıb satırdıq. Pulunu da xərcləyirdik".

Hacıağa Abbasov - saxlanılan şəxs: "Getmək istəmirdim. Mənə 3-4 dəfə zəng etdilər. Nə isə gəldim, gedib oğurladıq. Çox peşmanam".

Dəstənin digər üzvü Oyçu Hüseynovun tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Oğru qohumlar tutuldu:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.