Kriminal

Qazan oğruları saxlanıldı - 4 evi soyublar - VİDEO - FOTO

18 Aprel 2017 15:43
2 Şərh     Baxış: 1 023

Silsilə oğurluq törədən dostlar ələ keçdilər. 

İki dost əlbir olub qazan oğurluğuna çıxıb. Amma oğurladıqlarının əvəzini görməmiş polisə yaxalanıblar. 

Milli.Az ARB Şəki-yə istinadən xəbər veri ki, Şəkinin Baş Laysqı kənd sakinləri 28 yaşlı Elvin Cəbiyev və tanışı 20 yaşlı Elvin Əbdürəhimov 4 evdə soyğun törədiblər. Onlar həmkəndliləri Fikrət İbrahimov, Bəhram İbrahimov, Cahangir Həmidov Kamandar Mustafayevin evlərindən ümumilikdə 7 ədəd samovar, 7 ədəd mis qazan, mis naqil və 1 ədəd güyüm oğurlayıblar. Oğurladıqları əşyaları dəmir qəbul edən məntəqələrdə əldən çıxarıblar. 

Aparılan istintaq nəticəsində hər iki şəxsi də yaxalamaq mümkün olub. Elvin Cəbiyev və Elvin Əbdürəhimov dindirilmə zamanı törətdikləri əməldən peşman olduqlarını bildiriblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Qazan oğrusu dostlar saxlanıldılar - 4 evi soyublar

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Booyyyy · 18 Aprel 15:4720

    Ada qazan yoxdu evinizda ?? ay badbaxtdar . Kisi turmaya dusub ay millat .Niyaaaa?? qazan oqruyib. olundaaaa olunnn

    Cavab yaz
  • Anonim
    Senan 13 · 18 Aprel 17:5710

    İntelekt seviyyesi düşük oğru. Qazan nedi e . Yatan da ferli başlı statya ile yat de. Adın sanın olsun. Yoxsa atamız içeridedi. Niye? Qazan oğurlayıb. Düşüncesiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.