Kriminal

Mağazalardan külli miqdarda oğurluq edən dəstə saxlanıldı - VİDEO - FOTO

15 Aprel 2017 18:24
0 Şərh     Baxış: 986

Şəmkir, Goranboy, Gədəbəy, Tərtər və Ucar rayonlarından silsilə oğurluqlar törətdiyinə görə tutulan Arzu Əsgərlinin və Qurban Məmmədovun ətrafında Şəmkir RPŞ əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, onlar ötən il iyulun 14-də rayon ərazisindəki mağazalardan birindən 240 manat pul və 5.000 manat dəyərində tütün məmulatı oğurlayıblar.

Xatırladaq ki, Arzu Əsgərli Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayında yaxalanmışdı. Onun digər dəstə üzvləri ilə birlikdə şəmkirdə 5 mağazanı qarət etdiyi, həmyerlisi Anar Quliyevə məxsus "Niva" markalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirdiyi məlum olmuşdu.

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mağazalardan külli miqdarda oğurluq edən dəstə saxlanıldı

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.