Kriminal

"Mənə "atdılar"" - Quldur dəstənin daha bir üzvü saxlanıldı - VİDEO - FOTO

13 Aprel 2017 13:10
0 Şərh     Baxış: 964

Daşkəsəndə daha bir maskalı şəxs ifşa edildi.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, əvvəlcə oğurluq, daha sonra isə quldurluq edərək cinayət törədən daha 1 nəfər ələ keçib.

Daşkəsən polisi quldur dəstənin 1 üzvünü də zərərsizləşdirib. Araşdırmalar zamanı cinayətkar qrupun oğurluq yolu ilə xeyli miqdarda qızıl-zinət əşyasını ələ keçirməsi də müəyyən edilib.

Baş Cinayət Axtarış İdarəsi və Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevral ayının 14-də rayon sakini Tamella Rzayevaya qarşı törədilən quldurluq hadisəsinin digər bir iştirakçısı da saxlanılıb.

Dəstəfur kənd sakini 30 yaşlı Kamil Rzayev və onun cinayət ortaqlarının ətrafında aparılan araşdırmalar zamanı ötən ildən bağlı qalan digər bir oğurluq faktının da üstü açılıb.

İlqar Haqverdiyev - Daşkəsən Rayon Polis Şöbəsinin rəis müavini: "Həmin şəxsin ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Rzayev Kamil Hüsaməddin oğlu Əsədov Rahib Rəşid oğlu ilə birlikdə 2015- ci ilin oktyabr ayında Məsim Bağırovun evindən 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar. Həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Şöbədə dindirilən Kamil Rzayev hər iki cinayət hadisəsində iştirakını danmayıb. O, cinayət hadisələrində gözətçi və sürücü qismində iştirak etdiyini deyib. Saxlanılan şəxs əldə etdikləri qənimətin bölgüsü zamanı cinayət ortaqlarını ona yalan danışmaqda qınayır.

Kamil Rzayev - saxlanılan şəxs: "Mənə pay deməmişdi. Mənə dedi ki, sənə artıqlaması ilə pul verəcəm. Getdi, gəldi, dedi ki, ilişmişəm. Qızıldan pul ala bilmədim. Mənə "atdılar". Mənə çıxarıb 50 manat pul verdi".

Hazırda hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Mənə atdılar, çıxarıb 50 manat pul verdi" - Quldur dəstənin daha bir üzvü saxlanıldı

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.