Kriminal

Azərbaycanda cinayətlər törətdilər, Fransada azadlıqdan məhrum edildilər

29 Mart 2017 08:48
0 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada məhkəmə keçmiş SSRİ respublikalarından olan 22 şəxsi mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilərək müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bordo şəhər məhkəməsi Gürcüstan, Ermənistan, Özbəkistan və Azərbaycanda olan 22 şəxsi oğurluq, zorla pul almaq, qaçaqmalçılıq və oğurluq əşyaları gizlətməkdə təqsirli bilib.

Cinayətkar qrupun üzvləri  2011-2013 illərdə Fransanın əksər ərazisində cinayət törədiblər. Məhkəmə bu qrupda ciddi iyerarxiya olduğunu və qrupun mafioz tipli olduğunu müəyyən edib.
 
Qruplaşmanın 41 yaşlı  rəhbəri Artur Yüzbaşev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.