Kriminal

Bakıda bir ay ərzində eyni küçədə 15-dən çox ev qarət olunub - VİDEO

20 Mart 2017 21:43
0 Şərh     Baxış: 3 442

Bir ay ərzində eyni küçədə 15-dən çox ev qarət olunub. Söhbət paytaxtın Əhmədli 9 kimi tanınan Ramiz Quliyev küçəsindən gedir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlərin dediyinə görə oğrular bir neçə şəxsdən ibarət dəstədi. Hətta oğurluq zamanı sakinlərdən evdə onlarla qarşılaşanlar da var. Onlar evlərdəki pullara, qızıl və məişət əşyalarına qənim kəsiliblər.

Oğruların qarət üçün sakinlərin evdə olan vaxtı seçməsi və bu küçədəki evləri özlərinə daimi hədəf seçmələri sakinləri narahat edir. Sakinlər öz aralarında növbə yaradaraq gecələr küçədə keşik çəkirlər.

Məsələylə bağlı aidiyyatı üzrə Xətai rayonu 34-cü polis bölməsindən bildirdilər ki,onlara həmin ünvandan oğurluq haqqında müraciət daxil edilməyib. Halbuki sakinlərin dediyinə görə bir neçə dəfə 102 xidmətinə həmçinin 34-cü polis bölməsinə şikayət ünvanlayıblar. Hətta onlar bu barədə dəfələrlə ərizə də yazıblar.

Binəqədi rayonunda isə mənzildən qızıl-zinət əşyaları oğurlanıb. Belə ki, Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsində yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Baklda bir küçədə iki evə girdilər - 19 minlik ziyan vurdular

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.