Kriminal

Maskalı şəxslər mağazaya girdilər - 2000 manatlıq ziyan vurdular - FOTO

19 Mart 2017 10:11
0 Şərh     Baxış: 851

Masallıda ərzaq mağazasından oğurluq edilib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.

Axşam saatlarında kənd sakini Nadir Qafarova məxsus ərzaq mağazasına üzü maskalı şəxslər qapını sındırmaqla daxil olub, 500 manat nağd pul, siqaretlər və içkilər oğurlayıblar. Ümumilikdə N.Qafarova 2000 manatdan artıq ziyan vurublar.

Mağazada təhlükəsizlik kamerası olsa da, oğrular maska taxdıqları üçün hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.