Kriminal

Kreditə görə 2 qocanı öldürən ömürlük məhkum: "Cəbhədə olmaq istəyirəm" - VİDEO - FOTO

16 Mart 2017 15:07
6 Şərh     Baxış: 6 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladım deyir ki, vəkil olub, səni çıxardacam

Milli.Az bildirir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük məhkumun hekayəsi yer alıb.

Musa Əhmədov (ömürlük məhkum): "Banka borclar var idi. Əvvəl vaxtında verirdim, atam xəstə olsa da. Sonradan möhlət istədim, vermədilər. Evin yükü də mənim üstümə düşdü. Çıxış yolunu belə gördüm. Dostum və bacanağımla oğurluq etməyə qərar verdik. Evi təyin edib mətbəx tərəfdən evə girdik. Bacanağım gözətçilik elədi. Evdə adam olar deyə, hər ehtimala qarşı naşatır spirti də götürdük ki, yatızdıraq. Oğurluq vaxtı qoca ər-arvad oyandı. Onları spirtlə yatızdırdıq. Evdən pul və qızılları götürüb çıxdıq. Bakıya gələndə xəbər tutduq ki, bizim gözətçini tutublar. Oradan Masallıya getdik. Şokda idik ki, necə olacaq, nə edək. Göyçayda polis bizi tutdu. Onların öldüyünü sonradan bildik. Cinayətin üstü isə belə açıldı ki, bunlara həmişə süd gətirən adam olub. O, gəlib qapını döyüb, açan olmayıb. Sonra mağaza işlədənlə birlikdə qapını açıb içəri girəndə görüblər ki, ölüb ikisi də. Axşam biz qoyduğumuz gözətçini də başqa gözətçi görüb polisə deyib. Araşdırıb bizi tapıblar. İkimizə ömürlük, bir nəfərə də 15 il verdilər. Çox ağır keçir mənim üçün. Valideynlərimdən ayrı qalmışam".

Daha sonra məhkum ailəsindən danışıb: 

"Ailəm yanıma gələndə üzülürəm. Çox ağırdır. Zərərçəkənləri də başa düşürəm. Ağırdır. Ailəmi hər kəs yaxşı tanıyır. Kredit borcu üçün bu yola əl atdım. Heç kim inanmır mən bunu etmişəm. Övladım birinci sinifə gedir. Başa düşür ki, bura həbsxanadı. Deyir, vəkil olub səni xilas edəcəm. Özümü çox qınayıram. Kaş eləməzdim. Peşəkar tuşlayıcı olmuşam hərbi xidmətdə. Ordumuzun düşmənə layiqli cavablarından sevinirəm. Bəzi hərbçiləri tanıyıram, televizorda görmüşəm. Mən özüm də orada ola bilərdim. Orada olmaq istəyərdim. Buradan çıxası olsam, atamın məzarına gedərdim. Sonra ailəmin yanına gedərdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kreditə görə 2 qocanı öldürən ömürlük məhkum: "Cəbhədə olmaq istəyirəm"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.