Kriminal

Narkotiki 2000 manata satmaq istəyən şəxslər saxlanıldı - VİDEO - FOTO

23 Fevral 2017 14:24
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara Rayon Polis Şöbəsinin apardıqları əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayonun Ərçivan qəsəbə sakini 29 yaşlı Feyzulla Məmmədov tanışı olan həmkəndlisi Mirzəyev Qismətlə birlikdə satış məqsədilə 500 qram tiryək, 505 qram həşiş qətranını əldə edib.

ARB TV xəbər verir ki, həmin şəxslər narkotik vasitəni Şiyəkəran kəndi ərazisində həyata keçirilən əməliyyat zamanı şərti alıcı qismində olan şəxsə 2000 manata satarkən tutulublar.

İstintaq tədbirləri zamanı məlum olub ki, narkotik vasitələr istintaqa məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşından alınıb. Həmin narkotik vasitələrin gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Astarada narkotiki 2000 manata satmaq istəyən şəxslər saxlanıldı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.