Kriminal

Polis polkovnikini və beş ailə üzvünü öldürən azərbaycanlılara HÖKM OXUNDU

22 Fevral 2017 15:13
3 Şərh     Baxış: 3 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanda polis polkovnikini və onun ailə üzvlərini öldürməkdə ittiham olunan Azərbaycan və Tacikistan vətəndaşlarına hökm oxunub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Samara məhkəməsinin qərarına əsasən Azərbaycan vətəndaşları Məhəmməd Əhmədov və Roman Fətəliyev ömürlük, İslam Babayev 25 il, Tacikistan vətəndaşı Orxan Zöhrabov isə 26 il həbs cəzası alıb.
 
İttiham olunanlar günahlarını qismən etiraf ediblər.
 
Təqsirləndirilən şəxslər silahlı basqın, iki və daha artıq şəxsin ölümü və azyaşlı uşağın həyatına qəsddə ittiham olunurlar.
 
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsinin keçmiş rəis müavini, polkovnik Andrey Qoşt və ailəsinin 5 üzvü - polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri 2016-cı il aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Hadisə yerində sağ qalmış yeddi yaşlı qız tapılıb. O, ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.