Kriminal

Azərbaycanlı məhkum nəzarətçini boğmaq istədi

21 Fevral 2017 16:19
0 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fiziki xəsarət yetirib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nizam-intizam qaydalarını pozan azərbaycanlı məhbusun cərimə "izolyator"una qoşulması səbəbindən baş verib. Məhbus qəfildən onu "izolyator"a qoşan həbsxana nəzarətçisinə hücum edərək boğmağa başlayıb.

Adı açıqlanmayan məhbusun həbsxanada 9 il, 10 ay müddətlə cəza çəkdiyi məlumdur.

Başqırdıstanın Ali Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, bu fakt Rusiyanın islahedici sistemində görünməmiş hadisədir.

Hazırda fakt üzrə araşdırma aparılır. Təhqiqatın nəticəsinə görə qərar qəbul ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.