Kriminal

Taksi oğurladı, qohumlarını da ələ verdi - VİDEO - FOTO

20 Fevral 2017 18:09
0 Şərh     Baxış: 4 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bıçaq çıxarıb, maşını əlindən aldım"

Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Elgin Feyzullayevin cinayət əməllərinin üstü vətəndaş Zaməddin İmanovun polisə ərizə yazması ilə açılıb.

ARB TV xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan İmanov bildirib ki, "Mercedes" markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elgin Feyzullayev şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı isə o, əməlini etiraf edib. Dediyinə görə, Abşeron rayonu Görədil qəsəbəsində qardaşının yanında qaldığı vaxt avtomobil oğurlamaq xülyasına düşüb. Paytaxtın Nizami rayonu ərazisində dayanan taksilərdən birinə yaxınlaşaraq sürücüdən onu Görədil qəsəbəsinə aparmasını istəyib.

Elgin Feyzullayev - saxlanılan şəxs: "Haraya demişdim, məni apardı. Sonra əlbəyaxa oldum. Bıçaq çıxarıb, maşını əlindən aldım. Qardaşımgilə apardım. Hasarı söküb oraya saldım".

Elgin Feyzullayev fərdi yaşayış evində oğurluq avtomobilin diqqət çəkməməsi üçün maşını yarımtikili hasarın içinə salaraq qarşısını hörüb. Lakin bununla polisin diqqətini yayındıra bilməyib. Mehdiabad Polis Bölməsi əməkdaşları tərəfindən avtomobilin yeri müəyyənləşdirilərək oradan çıxarılıb.

Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, əmisi Vüqar Feyzullayev, qardaşı Elvin Feyzullayev və bibisi oğlu Amil Mirişovla birgə Görədil, Fatmayı və Mehdiabadda müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq ediblər.

Elgin Feyzullayev: ""Reşotka"nı qırıb içəri girdik. Evdən kompüter, maqnitofon, paltar - yəni əlimizə nə düşdü, götürürdük".

Cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün iş açılıb, istintaq aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Taksi sürücüsünün maşını oğurlayan şəxs, qohumlarının malına da göz dikib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.