Kriminal

Ev və maşınlara qənim kəsilən 3 gənc saxlanıldı - VİDEO - FOTO

23 Yanvar 2017 16:00
1 Şərh     Baxış: 2 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə oğurluq edən 3 gənc saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, evlərdən və avtomobillərdən oğurluq edənlərin asan yolla gəlir əldə etmək sevdası elə də uzun çəkməyib.

Rayonun Katex və Kortala kəndlərindən olan bir qrup sakin yaşadıqları evlərin həyətyanı sahəsinin saxlanc yerlərindən təsərrüfat əşyalarının və özlərinə məxsus avtomobillərin ehtiyat hissələrinin oğurlanması barədə Balakən Rayon Polis Şöbəsinə yazılı surətdə müraciət ediblər.

RPŞ-nin əməkdaşlarının müraciət əsasında apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsi rayonun Hənifə kənd sakini, 25 yaşlı Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini, 21 yaşlı Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini, 23 yaşlı Rəsul Bahaddin oğlu İsmayılov tərəfindən törədilib. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutulub, oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ev və maşınlara qənim kəsilən 3 gənc saxlanıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.