Kriminal

Sumqayıtda 20 sayğac oğurladılar - VİDEO - FOTO

23 Yanvar 2017 14:27
0 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda beş mərtəbəli yaşayış binasından su sayğacları oğurlanıb.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mk-da qeydə alınıb.

Eyni gündə 20-dən çox sayğacın oğurlanması sakinləri təşvişə salıb. Binada yaşayanlar gecə saatlarında suyun kəsildiyini görüblər. Səhəri su sayğaclarının qırılaraq aparıldığının şahidi olublar.

Hadisədən Sumqayıt Su Kanal İdarəsi xəbərdardır. Bildirilib ki, sakinlərin suyu elə həmin gün bərpa edilib və hadisə barədə şəhər polis idarəsinə məlumat verilib.

Oğruların tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtda 20 sayğac oğurladılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.