Kriminal

Gədəbəydə qan töküldü - VİDEO - FOTO

23 Yanvar 2017 13:52
0 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə kişiyə 2 bıçaq zərbəsi vurulub.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Rayonun Qaradağ kənd sakini, 42 yaşlı Əsgər Eldarov bədənin müxtəlif nahiyyələrini kəsilmiş deşilmiş yarası diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Müayinə zamanı zərəçəkmişin bədənində 2 bıçaq yarası aşkar edilərək əməliyyat edilib. Həkimlər Əsgər Eldarovun vəziyyətini kafi qiymətləndirir.

Xəyalı Səfərli - həkim: "1975-ci il doğumlu Əsgərov Eldar Əli oğlu şöbəmizə döş qəfəsini sağ arxadivarının kəsilmiş-deşilmiş yarası və sağ çiyinin kəsilmiş yarası ilə daxil olub. Xəstənin yaraları birinci cərrahiyyə işləndi və alhazırda stasionardadır"

Onun şəxsi münasibətlər zəmində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gədəbəydə qan töküldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.