Kriminal

Narkotiklə saxlanılan ana və qızının görüntüləri yayıldı - VİDEO - FOTO

21 Yanvar 2017 11:28
0 Şərh     Baxış: 4 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qazma kənd sakinləri olan 55 yaşlı Şümeysət Əliyeva və qızı 34 yaşlı İlahə Əliyevanın yaşadıqları evdə əməliyyat-axtarış tədbiri keçirilib.

Evdən 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Məlum olub ki, narkotik vasitəni onlara tanışları rayonun Mahmalar kənd sakini, 33 yaşlı Kamran Babayev verib.

Vüqar Hemişov - Balakən RPŞ-nin istintaq bölməsinin müstəntiqi: "Kamran Babayevin yaşadığı evə baxış zamanı isə oradan 46 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Azərbaycan respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir. Hər üç şəxs RPŞ-də şübhəli şəxs qismində saxlanılıblar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Narkotiklə saxlanılan ana və qızının görüntüləri yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.