Kriminal

"Tapıb evə gətirmişəm, özüm də çəkəniyəm" - Köhnə məhkum narkotiklə tutuldu - VİDEO - FOTO

19 Yanvar 2017 18:33
2 Şərh     Baxış: 1 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Əliyevin evinə baxış zamanı isə oradan 8 kiloqram marixuana aşkarlanıb.

Xaləddin Əliyev - saxlanılan şəxs: "Paketi tapıb evə gətirdim. Özüm də istifadə edənəm. Sonra polis əməkdaşları gəlib, yoxlayanda həyətdən bunu tapdılar".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.