Kriminal

O sizə də torpaq satıb? - VİDEO

19 Yanvar 2017 12:39
0 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham olunan şəxsi saxlayıblar.

ARB TV xəbər verir ki, 37 yaşlı Həmid Abdinov 3 aydan artıq müddətdə axtarışda olub.

O, bir neçə şəxsə başqasına məxsus torpaq sahəsini özününküymüş kimi göstərərək hissə-hissə satıb. Yaxın müddətdə sənədləri düzəldəcəyinə söz verərək onların etibarından sui-istifadə edərək pullarını mənimsəyib. Abdinovun vətəndaşlara 25 mindən çox maddi ziyan vurduğu bildirilir.

Həmid Abdinov - saxlanılan şəxs: "Deyir, satmısan, indi isə qaytarıram, pulumu ver. Deyirəm, imkan ver, başqa əmlakımı satıb qaytararam".

İstintaqla müəyyən edilib ki, Həmid Abdinov yaxın qohumu olan Naibə Novruzluya məxsus 4 ədəd kürkü alaraq satıb. Pulunu verəcəyinə söz versə də, vədini əməl etməyib. Saxlanılan şəxs isə cəmi 1 kürk aldığını deyir.

Həmid Abdinov: "Şuba satırdı. Şubanı gedib mənim əmimin qaynından götürüb. Mənim də xəbərim yox. Gedib ondan 1 şuba alırdım. Dedi ki, şubanı 1 aylığına borca verərəm. Zəng elədi ki, tez ol, təcili pulu götür, gəl. Demişəm ki, imkan verin, qaytararam".

Bu şəxsi görüb tanıyanlardan Suraxanı Rayon Polis İdarəsinə müraciət etmələri xaiş olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.