Kriminal

Azərbaycandan 2 milyon dollardan çox valyutanın çıxarılmasının qarşısı alınıb

19 Yanvar 2017 12:21
Baxış: 2 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə baxımından uğurlu il olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

A.Əliyevin sözlərinə görə, ötən il ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin, həmçinin ölkədən böyük həcmdə xarici valyutanın çıxarılması cəhdinin qarşısı alınıb:

"2016-cı ildə Azərbaycandan ümumi dəyəri iki milyon dollardan çox olan valyutaların qanunsuz çıxarılması cəhdinin qarşısı alınıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.