Kriminal

Taksi sürücüsünü bıçaqladı, 2 manatı götürüb getdi

18 Yanvar 2017 19:20
2 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN sərnişinin taksi sürücüsünün bıçaqlaması ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, məlumatda qeyd olunur ki, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu, mobil telefonunu alaraq və onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata almasını bildirib. 
Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.