Kriminal

Qəbir daşları düzəldən sexdən 1500 manatlıq oğurluq - VİDEO - FOTO

17 Yanvar 2017 17:12
0 Şərh     Baxış: 2 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda qəbir daşları düzəldilən sexdən oğurluq edilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində baş verib.

Axşam saatlarında naməlum şəxslər Nazim Rzayevə məxsus sexin pəncərəsindəki dəmir məhəccərləri xüsusi alətlərlə yerindən çıxararaq, içəri daxil olublar. Qəbir daşlarının hazırlanmasında istifadə olunan xeyli sayda avadanlıqları, eləcə də 1 ədəd elektrik generatorunu oğurlayıblar.

Sex sahibi hadisədən səhər saatlarında xəbər tutub. Məlum olub ki, oğrular avadanlıqları aparmaq üçün həyətdəki arabadan istifadə ediblər. Nazim Rzayevə ümumilikdə 1500 manata yaxın maddi ziyan dəyib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəbir daşları düzəldən sexdən 1500 manatlıq oğurluq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.