Kriminal

Ölən qadının qızı: "Artıq itirəcək bir şeyim qalmayıb" - FOTO

17 Yanvar 2017 13:50
3 Şərh     Baxış: 3 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə cinayət hadisəsi törədilib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Adanada ayrılmaq istədiyi sevgilisi tərəfindən vurulan qadın həyatını itirib. Üzündən yaralanan qızı isə sağ qalıb.

İddialara görə, 42 yaşlı tibb bacısı Fatma T. evində kirayə qalan 27 yaşlı Emre A. ilə sevgili olub. Lakin bir müddət sonra Fatma Emredən ayrılmaq istədiyini söyləyib. Bunu qəbul etməyən Emre Fatmanı təhdid edib. O, Fatmanın qaldığı evə gələrək onu güllələyib. Bu anda evə gələn qız anasının qarşısına keçərək onun həyatını qurtarmaq istəyib. Lakin Fatmanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə üzündən yaralanıb.

Fatmanın cəsədi dünən torpağa tapşırılıb. Qız isə xəstəxanada müalicə alır. O, sosial şəbəkədə status yazaraq anası üçün darıxdığını bildirib.

"Artıq itirəcək bir şeyim qalmayıb" yazan qız onunla birgə çəkdiyi fotolarını yayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.