Kriminal

Tiflisdə Azərbaycandan olan narkotacir tutuldu

13 Yanvar 2017 15:58
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan vətəndaşı Gürcüstan paytaxtında qanunsuz narkotik maddə gəzdirmək və istifadə etməkdə şübhəli bilinərək tutulub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, polis əməkdaşları onun Tiflisdə kirayədə qaldığı mənzilində axtarış aparıblar. Nəticədə tərkibində 21 qram heroin olan 33,42 qram narkotik maddə, eləcə də 4 kapsul "Preqabalin" adlı psixotrop maddə aşkarlanıb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin hazırlanması, istehsalı, əldə edilməsi, saxlanılması, daşınması maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti sübut olunarsa, onu 3 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.