Kriminal

Nərimanovdakı “Topaz”a silahlı basqın

3 Dekabr 2016 18:35
0 Şərh     Baxış: 4 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda "Topaz" bukmeker ofisi soyulub.

Milli.Az xəbər verir ki, bu barədə sputnik-ə Nərimanov Rayonu Polis İdarəsindən məlumat verilib.

Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, "Makarov" tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində "Şuşa" restoranı ilə üzbəüz yerləşən "Topaz" ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər.

Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.