Kriminal

İşədüzəltmə xidməti adı altında insanlar belə aldadılır - VİDEO

2 Dekabr 2016 23:07
3 Şərh     Baxış: 4 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər işə düzəltmək adı ilə dələduzluq hallarına daha biri əlavə olunub. İşə düzəltmə xidməti göstərdiyini bildirən ''Xəzər servis'' adlı şirkət xeyli sayda insanı aldadıb.

İnsanları müxtəlif firmalara yönəldən şirkətdən bildirilib ki, həmin qurumlar da onlara məxsusdur və əməkhaqqını özləri verəcəklər. Həmin şəxslər isə deyirlər ki, bu şirkət onların əməkhaqqının böyük bir hissəsini ödəmir.

Şikayətçilər iddia edirlər ki, işə düzəltmə şirkəti onlara başqa yalançı vədlər də verib.

Bütün bu iddiaların düzgün olub-olmadığını öyrənmək üçün elə həmin işə düzəltmə şirkətinin ofisinə getdik. Şirkətdən bu barədə heç bir açıqlama verilmədi. Əksinə, bir anda qapılar üzümüzə bağlandı.

Mütəxəssislər isə deyir ki, belə halların qurbanları hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Həmçinin işə düzəltmə firmalarının vədlərinə aldanmamaq lazımdır. Təklif edilən işləri və şirkəti tanımadan da işləmək üçün razılıq verməyin. Əks halda bənzər dırnaqarası təşəbbüslərin qurbanına çevrilmək çətin deyil.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İşədüzəltmə xidməti adı altında insanlar belə aldadılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.