Kriminal

Şeyx Rövşən Lənkəranskinin bütün obyektlərini ələ keçirdi - FOTO

1 Dekabr 2016 16:04
18 Şərh     Baxış: 14 119

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin bütün obyektləri "Şeyx Həmzət" ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun nəzarətinə keçib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən bildirir.

Xəbər verildiyi kimi bundan əvvəl Lənkəranskinin İtaliyanın Pozitano şəhərində 101 milyon avro nəğd pula iki lüks otel -"Le Sirenuse" və "Hotel Covo dei Saraceni" otellərini aldığı üzə çıxmışdı. Həmin otellərdən biri kriminal avtoritetin qohumlarının, digəri Şeyx Həmzətin arvadının adına rəsmiləşdirilib. Lakin daha sonra Şeyxin vəkilləri digər oteli də məhkəmə yolu ilə Lənkəranskinin qohumlarından alıblar.

Məlumata görə, Qastemirovun getdikcə güclənən klanı Avropada kriminalın "obşak"ına nəzarət edir.  Avropa ölkələrində onun topdansatış bazaları var. Bu bazalardan Rusiya bazarlarına mallar göndərilir. FTX-dəki mənbə deyib ki, Qastemirovun nəzarətindəki "obşak"ın aktivləri iri bankın aktivləri ilə müqayisə oluna bilər. Hazırda Rusiya DİN-də FTX-də Qastemirovun barəsində 37 cinayət dosyesi var.

Avropadakı "obşak"ın Şeyx Həmzətin nəzarətinə verilməsi məsələsi hələ "Şakro Molodoy" ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun Ermənistanda keçirdiyi "sxodka"da qəbul olunub. "Şakro" özü hazırda həbsdədir, iyul ayında həbs olunub.

Bildirilir ki, "Şakro"nun Avropadakı aktivləri-bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada daş-qaş evi, iri Rusiya neft şirkətinin səhm paketi və digərləri də Şeyxin idarəçiliyindədir. Habelə Şeyx Avropada keçmiş sovet respublikalarından olan zərgərlərə "krışalıq" edir. Məlmata görə, Şeyx Las-Veqasdakı "Caesars Palace " kazinosunun 35 faizinin sahibidir. Bu, dünyanın ən iri otel-kazinolarından biridir. Çeçen mafiozun qüdrəti o qədər böyükdür ki, bu ilin avqust ayında onun ailə bayramında Al Paçino və Robert De Niro kimi Hollivud ulduzları da iştirak etmişdi.

Mənbə hazırda Şeyxin nəzarət etdiyi Almaniya və Hollandiya şirkətlərinin tam siyahısını da təqdim edib. Hansı ki, həmin aktivlərin əvvəlki sahibi Rövşən Lənkəranski idi. Bura "Rainbow International B.V., Staay Food Group Holding, Fruit Company B.V. və Sonnen Frucht GmbH daxildir. Bu şirkətlər Avropadan Rusiya, Belarus və Ukraynaya meyvə-tərəvəz, ərzaq məhsulları ixrac edir. İki il əvvəl isə Lənkəranski Şeyxlə birlikdə Münhendəki Hotel Sofitel Munich Bayerpost otelini 82 milyon avroya alıb. Pulun 10 faizini Lənkəranski qoyub, lakin hazırda bu otel də tamamilə Qastemirovun nəzarətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Shamaxılı qaqaş · 1 Dekabr 16:1450

    ALLAH Rehmet eləsin BÖYÜK qardaşımıza

    Cavab yaz
  • Anonim
    aslan · 1 Dekabr 16:2760

    allah rehmet etsin rovwen lenkaraniskini

    Cavab yaz
  • Anonim
    insan*** · 1 Dekabr 16:3601

    Pozitano ve Rainbow international...hmmm...

    Cavab yaz
  • Anonim
    Gondermek · 1 Dekabr 16:4140

    Onada qismet olmayacaq. Onuda gulleyecekler.

    Cavab yaz
  • Anonim
    Heyifff · 1 Dekabr 16:4270

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Cemil · 1 Dekabr 17:0730

    LENKERANSKiNiN SAĞLIQI MARAXLIDI rusya rusdarln QARABAĞ biZiMDi

    Cavab yaz
  • Anonim
    Cemil · 1 Dekabr 17:1020

    LENKERANSKiNiN SAĞLIQI MARAXLANDRIR rusya rusdarln QARABAĞ biZiMDi

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 1 Dekabr 17:1800

    oyy daaaa,,, bu qeder olmaz daaa

    Cavab yaz
  • Anonim
    Aydlndl · 1 Dekabr 17:2600

    Nagildi

    Cavab yaz
  • Anonim
    Cemil · 1 Dekabr 17:3110

    LENKARANSKYE QALMIYAN DUNYA SiZDERE QALMIYACAQ RÖWEN DAYiMA YAWAYACAQ

    Cavab yaz
  • Anonim
    n · 1 Dekabr 17:5300

    Hə nə olsun ?bu qədər varin dövlətin ola cavan vaxdinda qara torpaqda yatasan lazimdi sene??????ac qulagim dinc qulagim.

    Cavab yaz
    • Anonim
      Cemil · 1 Dekabr 18:2531

      TURKKLERE VETENiNE XiMETi COXDU UNUDMADIQ UNUDMARIQ QARA TORPAQ HAMIMZI ALACAQ

      Cavab yaz
    • Anonim
      GULLER XANIM · 1 Dekabr 21:3311

      Like

      Cavab yaz
  • Anonim
    555 · 1 Dekabr 20:2112

    Turk qardawlarimiz dediyimiz gul kimi ogulumuzu ruslara yem etdi bu qeder teseduf ola bilmez hamisi planlawdirilmiw raziliqla olan meseledi.

    Cavab yaz
  • Anonim
    CM · 1 Dekabr 20:4511

    Her baxanda üreyim ağrıyır. Nece qıydıkar sene?

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 1 Dekabr 21:3505

    Saqliqiniza qismed Seyx

    Cavab yaz
  • Anonim
    namelum · 2 Dekabr 15:1310

    Ehhhhhhhhhh. Ey dunya pullar oteller das qaslar herseyleri bu dunyada qalacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.