Kriminal

"Akula Akif" həbs edildi? - YENİLƏNİB

28 Oktyabr 2016 19:06
2 Şərh     Baxış: 8 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:06

Akif Mustafayevin vəkili Abbas Atakişiyev APA-ya deyib ki, A.Mustafayev hazırda İspaniyada deyil. Vəkil onun hansı ölkədə olduğunu açıqlamaq istəmədiyini bildirib.

----------

18:30

"Akula Akif" ləqəbi ilə məşhur olan Akif Mustafayev 10 gün bundan qabaq saxlanılıb.

Xəbəri lent.az-a açıqlamasında Akif Mustafayevin vəkili Abbas Atakişiyev də təsdiqləyib.

Vəkil bildirib ki, Akif Mustafayev 10 gün bundan qabaq İspaniya polisi tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmə ona verilən ittihamın təsdiqini tapmadığını əsas gətirərək A.Mustafayevi azadlığa buraxıb.

-----------

17:29

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif" ləqəbli Akif Mustafayev həbs edilib. 

Qafqazinfo haqqın.az-a istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.

Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.