Kriminal

Rusiyada Azərbaycan vətəndaşı 83 yaşlı qadını öldürdü

26 Oktyabr 2016 17:05
6 Şərh     Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Lipetsk vilayətinin Aleksandrovka kəndində 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 83 yaşlı qadını qətlə yetirib.

Milli.Az APA-ya istinadən bildirir ki, üzərində zorakılıq əlamətləri olan qadının meyiti ötən gün səhər qonşular tərəfindən aşkar edilib.
 
Faktla bağlı cinayət işi açılıb, qadını qətlə yetirən Azərbaycan vətəndaşı saxlanılıb. O, ilk dindirilmə zamanı cinayət törətdiyini etiraf edib. İstintaqın məlumatına əsasən, qonşu kəndə yaşayan azərbaycanlı gənc qəssab bıçağını götürərək velosipedlə təqaüdçü qadının evinə gedib.

Qapını qırıb və qadını oyadaraq ona hücum edib. Münaqişə nəticəsində o, 17 dəfə qadına bıçaq zərbəsi endirib. Qadın küçəyə qaçıb, qətli törədən şəxs isə hadisə yerindən uzaqlaşıb. Sorğu zamanı o, hadisədən əvvəl qadın tərəfindən təhqir edildiyini bildirib və onun evinə intiqam məqsədi getdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.