Kriminal

Polkovniki və 5 ailə üzvünü öldürməkdə təqsirləndirilən azərbaycanlılar məhkəmə qarşısında - FOTO

24 Oktyabr 2016 12:03
1 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün oktyabrın 24-də Rusiyanın Samara vilayət məhkəməsində Sızran rayonunda baş vermiş səs-küylü kütləvi qətl cinayəti üzrə proses başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 3-ü azərbaycanlı, biri tacik olmaqla 4 nəfərdən ibarət quldur qruplaşması Rusiya DİN-in Samara vilayəti üzr Baş idarəsinin qərargah rəisinin müavini, polkovnik Andrey Qoştu və onun ailə üzvlərini (cəmi 6 nəfər) tamah məqsədi il qətlə yetiriblər.

İş üzrə ittiham olunanlar Azərbaycan vətəndaşları, 24 yaşlı Orxan Zöhrabov, 23 yalı Roman Fətəliyev, 22 yaşlı İslam Babayev və 23 yaşlı Tacikistan vətəndaşı Məhmədəli Əhmədovdur. Onlar quldurluqda, 6 nəfəri qətlə yetirməkdə və azyaşlını öldürməyə cəhd göstərməkdə ittiham olunurlar.

Hakim prosesin qapalı keçiriləcəyini elan edib. Buna baxmayaraq çoxsaylı jurnalistlər məhkəmə binasından online-reportajlar verirlər. Məhkəməyə qətlə yetirilənlərin, habelə ittiham olunanların yaxınları da qatılıb. İttiham olunanlardan birinin anası Azərbaycandan gedib və məhkəmə dəhlizlərində gözləyir, ancaq jurnalistlərlə ünsiyyətdən imtina edib.

Bu səs-küylü, dəhşətli cinayət 2016-cı il aprelin 23-də 24-nə keçən gecə baş verib. Quldurlar Sızran rayonunun İvaşevka kəndində polkovnikin ailəsinin evinə soyğunçuluq məqsədi ilə basqın ediblər. Bu zaman evdəkilər duyuq düşdüyündən onlar polkovniki, onun arvadını, qaynını, ata-anasını və daha bir qohumunu xüsusi amansızlıqla qətlə yetiriblər. Andrey Qoştun 7 yaşlı qızını isə ağır yaralayıblar. Cəsədləri ertəsi gün polkovnikin qardaşı aşkar edib. Cinayətin üstü isti izlərlə bir neçə günə açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.