Kriminal

Azərbaycan axtarışda olan Türkiyə vətəndaşını təhvil verir

1 Oktyabr 2016 10:44
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə axtarışda olan şəxsin öz ölkəsinə təhvil verilməsi barədə qərar qəbul edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Respublikasının Ankara 11-ci Əsliyyə Cəza Məhkəməsinin 13 dekabr 2006-cı il tarixli qərarı ilə Türkiyə Respublikasının Cəza Qanununun 142-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 3 (üç) il həbs cəzasına məhkum edilmiş Harmancı Barış Cemalettin oğluna təyin edilmiş cəzanın icrası üçün Türkiyə Respublikasına verilməsi (ekstradisiya olunması) barədə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qərar qəbul edilib.
 
Lakin qərarla razılaşmayan B. Harmancı apellyasiya şikayəti verib. Daha sonra o, apellyasiya şikayətindən imtina edilib. B. Harmancı yaxın günlərdə öz ölkəsinə təhvil veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.