Kriminal

"Qanuni oğrular" Türkiyədə toplandılar

31 Avqust 2016 11:44
4 Şərh     Baxış: 4 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə avtoritet Rövşən Lənkəranskinin qətlinə həsr olunan "qanuni oğrular"ın sxodkası baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. "Sxodka" iştirakçıları Lənkəranskinin qisasını almağa söz veriblər.

Eyni zamanda, Rövşənin qətlindən sonra bir çox "qanuni oğru"ların İstanbuldan Antalyaya köçdükləri bildirilir. Belə ki, kurort zona onlara daha təhlükəsiz gəlir.

Rövşənin klanına daxil olan Merab Djanqveladzenin də İtaliya həbsxanasından çıxdıqdan sonra məhz buraya yerləşdiyi bildirilir. Antalyada baş tutan toplantıya da o rəhbərlik edib.

Nəşrin yazdığına görə, Merabdan başqa, "sxodka"da "qanuni oğru"lar Merab Baxiya, Roin Uqlava, İrakli Kaliçava, Koba Axvlediani və Zurab Dqebuadze də iştirak edib.

İştirakçılar Rövşənin qisasını alacaqlarını desələr də, heç kimin ünvanına konkret ittihamlar səsləndirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.