Kriminal

Qaynatası maşını əlindən aldı, kürəkən heyfini 9 evdən çıxdı - FOTO

27 Avqust 2016 12:19
2 Şərh     Baxış: 5 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə və Bakının bir neçə rayonunda  oğurluq cinayətləri qeydə alınıb. Onları birləşdirən əsas məqam isə bu əməllərin hamısının törədilməsində eyni üsuldan istifadə olunmasıdır.

Biri bakılı, biri ağcabədili. Onları birləşdirən isə eyni cinayət əməlidir. Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Elnur Aslanov və Ağcabədi rayon sakini Rəşad Xəlilov  Bakıxanov qəsəbəsində  yerləşən kafelərdən birində yaxalanıblar. Onlar açarseçmə üsulu ilə 9 mənzilin qarət olunmasında təqsirli bilinirlər. Saxlanılan şəxslərdən Elnur Aslanov dindirilmə zamanı günahını etiraf edib.

Elnur Aslanov - saxlanılan şəxs: "Binəqədi, Nəsimi və Sabunçu rayonlarında olub, bir mənzili də Gəncədə yarmışıq".

Gəncədə qarət olunan mənzil Elnurun qaynatasının evi olub. Bir neçə il bundan əvvəl qaynata kürəkənlə şərikli maşın alıb. Arada yaranan narazılıqdan sonra isə qaynata mülki etibarnaməni ləğv edib.

Rəşad Xəlilov - saxlanılan şəxs: "Gəncədə bunun qohumunun evinə getdik, mən haradan bilərdim ki, onun evində pul var, qızıl var. Qaynatasının evi idi. Dediyinə görə, narazılıq olub, maşını bunun əlindən alıblar".

Saxlanılan şəxsin sözlərinə görə, taksiylə Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb. Hər şey də ondan sonra baş verib:

Rəşad Xəlilov - saxlanılan şəxs: "Açdı qapını, dedi, gəl bura. Artıq içəridə idi. Mənə bir bağlama verdi, boyunbağı idi. Sonra da qızıllar vardı. Şəhərə qayıdıb, qızıl boyunbağını 5400 manata satdı. Qızılları neçəyə satdığını bilmirəm". 

Bu şəxslərin bir neçə  analoji cinayətlərdə iştirak etdiyi istisna olunmur. Araşdırmalar davam etdirilir.

Region TV

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.