Kriminal

Azərbaycandan külli miqdarda pul çıxartmaq istəyənlər tutuldular

30 İyul 2016 12:31
0 Şərh     Baxış: 1 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Bakı-Urumçi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən hərəkətləri gömrük əməkdaşındaşübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə, həmin şəxsə çantasının içərisindəki bəyan ediləsi əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o, çantasında 20.000 ABŞ dollarının olduğunu bildirib.

Yoxlama zamanıçantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.