Kriminal

Evə girəndə gözlərinə inanmadı - Bina sakinləri qorxu içində - VİDEO - FOTO

27 İyul 2016 12:40
2 Şərh     Baxış: 6 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakinlər evdən çıxa bilmirlər.

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsinin sakinləri son günlər evlərini tərk etməyə qorxurlar. Oğrular Məhərrəm Seyidov küçəsindəki yaşayış binalarını özlərinə hədəf seçiblər. Naməlum şəxslər binalara daxil olaraq, vətəndaşları qarət ediblər.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Səhər Cabbarova da zərərçəkənlər sırasındadır. Onun evdə olmamasından istifadə edən cinayətkarlar mənzildən pul və qızıl oğrulayıblar. Bu barədə zərərçəkənə qonşuları xəbər verib. Qusar rayonundan, yaşadığı Sahil qəsəbəsinə gələn Səhər Cabbarova mənzilə girəndə gözlərinə inanmayıb.

Səhər Cabbarova - zərərçəkən: "Gəlinin qızıllarını, 1 dənə fotoaparat, 1 dənə planşet aparıblar. Evdə 1800 dollar, 200 manata yaxın pul olub. Bu vaxta kimi eşitməmişəm ki, bizim məhəllədə oğurluq olub. Son aylarda oğurluq çoxalıb".

Cabbarova DİN-in 102 qaynar xəttinə zəng edərək məlumat verib. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları əraziyə gəliblər. Mənzildən barmaq izləri götürülüb. Küçə sakinlərinin sözlərinə görə, bundan əvvəl binaların liftlərinin motorları oğurlanıb. Polis axtarışları davam etdirir. \

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Evə girəndə gözlərinə inanmadı - Bina sakinləri qorxu içində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.