Kriminal

Rusiya həbsxanasındakı azərbaycanlılar qiyam qaldırdılar - YENİLƏNİB - VİDEO

25 İyul 2016 15:03
4 Şərh     Baxış: 4 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:48

Rusiyanın Xakasiya Respublikasında yerləşən 35 nömrəli cəzaçəkmə müəssisində məhbuslar qiyam qaldırıblar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyada cəzaların icra olunması üzrə Xidmətin Xakasiya üzrə idarəsinin rəisi Yaroslav Bajan və ombudsman Aleksandr Çistotin deyib. 

Onların sözlərinə görə, bir qrup məhbus həbsxanada olan mebel və çarpayıları, pəncərə və qapıları qıraraq polislərin içəri daxil olmasına mane olublar. 

Ombudsmanın qeyd edib ki, məhbuslar "Allahu Əkbər" deyə qışqıraraq onlara telefon verilməsini tələb ediblər.

Qiyamçı məhbuslar həbsxanada "birka"sız gəzmək, köynəyin üst düyməsini açıq saxlamaq, istədikləri yerdə siqaret çəkmək və istədikləri vaxt dua etməklə bağlı tələblər irəli sürüblər.

Bajanın sözlərinə görə, qiyamın təşkilatçıların əksəriyyəti başda azərbaycanlılar olmaqla müsəlman məhbuslardır.

Milli.Az

-----------

15:03

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.