Kriminal

Lənkəran sakininin həyətində çətənə kolları aşkarlanıb

24 İyul 2016 19:44
0 Şərh     Baxış: 1 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran sakininin həyətində çətənə kolları aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirilib.

Keçirilmiş tədbir nəticəsində rayonun Cil kənd sakini Eyvazov Fərid Rəcəbəli oğlunun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş 47 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlanıb. Aşkar edilən narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.
 
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.